Gənclər siyasəti
“KARTLİ” şirkətlər qrupunun heyətinin ümumi hissəsinin 80%-ni gənclər təşkil edir ki, bu da gənclər siyasətinin səmərəliliyindən xəbər verir və işçi heyətinin korporativ idarəetmə strategiyasına uyğundur. Gənc mütəxəssislərin dörddə üç hissəsi ali təhsil müəssisələrinin tələbələridir.
Gənclər siyasəti gənc işçilərin cəlb edilməsinə və onların peşəkarlıq potensialının inkişaf etdirilməsinə yönəlmişdir. “KARTLİ”-də kadr potensialının seçimi, hazırlanması və formalaşdırılması üzrə üçmərhələli sistem işlənib hazırlanmışdır:
- işçi heyətinin idarə edilməsi üzrə mütəxəssislərin ali təhsil müəssisələrinin tələbələri üçün təşkil edilmiş “vakansiya yarmarkalarında” iştirak etməsi;
- gənclərin təliminin təşkili;
- gənc əməkdaşların karyera yüksəlişi imkanlarının təmin edilməsi.
“Vakansiya yarmarkalarında” iştirak bizə gələcək fəaliyyət istiqamətini hələ də müəyyənləşdirməyən, lakin “KARTLİ”-də işləmək üçün özünü reallaşdırmaq istəyi, ünsiyyətcillik və təşkilatımızın korporativ dəyərlərinə uyğunluq kimi keyfiyyətlərə malik olan şəxslərlə çalışmağa imkan yaradır.
“KARTLİ”-də gənc əməkdaşların təlimi hələ sınaq müddəti ərzində olmaqla ilk iş günlərindən başlayır. Təlim, həm “KARTLİ”-nin mütəxəssislərinin səyləri, həm də işçi heyəti ilə iş üzrə tanınmış şirkətlərin cəlb edilməsi hesabına olmaqla kompleks xarakter daşıyır. Gənc əməkdaşın hazırlanmasında “KARTLİ”-nin mütəxəssisləri sırasından olan və sınaq müddəti boyunca onu müşayiət edən təlimçilər mühüm rol oynayırlar.
Karyera yüksəlişi imkanı gənc mütəxəssisə əmək fəaliyyətinin erkən mərhələlərində gələcəyə inam qazanmağa, real həyat planları qurmağa imkan yaradır. “KARTLİ”-də hər il attestasiya keçirilir və onun müsbət nəticələri gənc mütəxəssisə öz karyerasında hətta rəhbər vəzifələrə qədər yüksəlməsinə zəmanət verir.