Əməyi̇n təhlükəsi̇zli̇yi̇
Təhlükəsiz əmək şəraitinin yaradılması, əməkdaşların həyat və sağlamlığının qorunması şirkətin əməyin mühafizəsi sahəsindəki fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Əməkdaşların təhlükəsizliyinin təmin olunmasına və sağlamlığının qorunmasına rəhbərlərdən tutmuş sıravi əməkdaşlara kimi bütün səviyyələrin əməkdaşları cəlb olunmuşdur. Qarşıya qoyulmuş vəzifələr ilk növbədə qabaqlayıcı və profilaktik tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi yolu ilə həll edilir: əməkdaşlar əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində vaxtında təlimatlandırılır və təlimlərdən keçirlər, şirkətdə əmək şəraitinin yaxşılaşdırılması və əməkdaşlara sanitar-məişət xidmətlərinin göstərilməsi səviyyəsinin yüksəldilməsi istiqamətində proqramlar həyata keçirilir.
Kompleks yanaşma əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin normalarına ciddi şəkildə riayət etməyə, eləcə də bədbəxt hadisələr və travmatizm risklərini istisna etməyə imkan yaradır.
Əməkdaşların layiqli həyat səviyyəsinin təmin edilməsi siyasəti, peşəkarlıq səviyyələrinin inkişaf etdirilməsi, sağlamlıqlarının qorunması işçi heyətinin qarşıya qoyulmuş vəzifələrin minimum xərclərlə və maksimum səmərəlilik ilə uğurla yerinə yetirilməsini təmin edən motivasiyasının mühüm şərtidir.