Kadr siyasəti

“KARTLİ” şirkətlər qrupunda çoxmillətli peşəkarlar kollektivi çalışır. İşəgötürən ilə işçilərin qarşılıqlı münasibətləri ədalətli tərəfdaşlıq prinsipi əsasında qurulur.

“KARTLİ”-də peşəkar kollektivin formalaşdırılması prosesində aşağıdakı amillərə istiqamətlənmiş personalın idarə edilməsi strategiyası işlənib hazırlanmışdır:

- hər bir əməkdaşın korporativ məqsədlərə nail olmaq üçün həvəsləndirilməsinə;

- hər bir əməkdaşın nəticələrə nail olma dərəcəsinin obyektiv şəkildə qiymətləndirilməsinə;

- bütün səviyyələrdə iş nəticəliliyinin artırılmasına;

- hər bir əməkdaşın imkanlarından və potensialından səmərəli istifadənin təmin edilməsinə;

- təlim və inkişafa, kadr potensialının planlaşdırılmasına;

- səmərəli həvəsləndirmə sisteminin yaradılmasına;

- təşkilatın davamlı və dinamik inkişafına.

İşçi heyətinin inkişafı və karyera yüksəlişi mütəxəssislərin müasir qiymətləndirmə və təlim metodlarının tətbiqi edilməsi yolu ilə həyata keçirilir. Korporativ tədris proqramları, rəhbərlər də daxil olmaqla, bütün əməkdaşların illik attestasiyası onların peşəkarlıq səviyyəsinin artırılmasına gətirib çıxarır.

Mükafatlandırma strukturunda daimi hissə qismində baza mükafatı və səmərəliliyin əsas göstəricilərinin yerinə yetirilməsindən və şirkətin korporativ mədəniyyətinə və dəyərlərinə uyğunluqdan asılı olaraq dəyişən hissə qismində mükafat nəzərdə tutulmuşdur.

Hər bir əməkdaş nəticəyə köklənmə, əməkdaşlıq və komanda işi, etimad, qarşılıqlı hörmət və etibarlılıq, inkişaf, təşəbbüskarlıq və liderlik kimi ümumi dəyərləri şərik çıxmaqla şirkətin inkişafına öz şəxsi töhfəsini verir.

“KARTLİ” şirkətlər qrupu öz əməkdaşlarını layiqli əmək şəraiti, ədalətli mükafatlandırma, sosial təminatlar, peşəkar və karyera yüksəlişi imkanları ilə təmin edir. Biz şirkətin gələcək inkişafına və hər bir əməkdaşın potensialının maksimum dərəcədə üzə çıxarılmasına istiqamətlənmişik.