Ekoloji

“KARTLİ” şirkətlər qrupu ekoloji təhlükəsizliyi və ətraf mühitin mühafizəsini öz fəaliyyətinin ən mühüm prioritetlərindən biri hesab edir. Hazırda ISO 14001 beynəlxalq standartının tələblərinə uyğun olan korporativ ekoloji menecment sisteminin tətbiqi üzrə işlər görülməkdədir.

“KARTLİ” şirkətlər qrupunun siyasəti aşağıdakılara əsaslanır:

- əsas fəaliyyətin ekoloji nəticələrinə diqqətin artırılmasına, ətraf mühitə və iqlimə mənfi təsirlərin azaldılmasına;

- ekoloji cəhətdən təmiz məhsulların çeşidinin genişləndirilməsi istiqamətində səylərə.

Ekoloji təhlükəsizlik sahəsində prioritet hədəflər bunlardır:

- çirklənmənin qarşısının alınması və təbii resurslardan səmərəli istifadə;

- atmosferə atılan çirkləndirici tullantıların həcminin azaldılması;

- tullantıların təkrar emalı və utilizasiyası;

- mümkün qəza halları barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılmasına hazırlıq;

- milli və beynəlxalq qanunvericiliyin müəyyən edilmiş tələblərinə uyğun olaraq ətraf təbii mühitə təsir səviyyəsinin təmin edilməsi.