Aşağı sıxlıqlı metalosen xətti polietilen (ASMXPE)

Tətbiq sahəsi: streyç plyonkaları, streyç-hud plyonkaların, süd plyonkalarının, yüksək möhkəmlikli ümumi təyinatlı plyonkaların, laminasiya üçün plyonkaların, istixana, kənd təsərrüfatı və digər plyonkaların istehsalı; eləcə də ayrılıqda və ya digər polietilen növlərinə əlavə kimi istifadə olunur.

Xüsusiyyətləri: metalosen polietilendən hazırlanmış plyonkalar əla mexaniki dayanıqlılığa və qalınlığı azaltma potensialına malikdirlər, həmcins tərkibli molekullar isti tikişin möhkəmliyini və aşağı ərimə temperaturunu əla şəkildə təmin edir ki, bu da daha sürətli qaynağa imkan yaradır. İstehsalatın üfürmə və qəlibləmə üsulunda metalosenlərdən istifadə az bulanıq və çox parıltıya malik plyonka istehsal etməyə imkan yaradır. Yüksək dərəcədə zərbəyə davamlılıq ilə xarakterizə olunur, mükəmməl izolyasiya keyfiyyətləri nümayiş etdirir.


Reference product