Texnoloq konsultasiyası
Dəyərli sifarişçilərimiz bütün texniki və texnoloji tələblərinə uyğun olan xammal seçə bilsinlər deyə “Kartli” şirkətində çalışan texnoloqlar tədarük etdiyimiz məhsulun texniki xüsusiyyətlərinə və üstünlüklərinə aydınlıq gətirməkdə onlara kömək edəcəklər. Texnoloqlarımız tədarük etdiyimiz xammalın istehsalatda tətbiqi, keyfiyyətinin artırılması və son məhsulun maya dəyərinin azaldılması ilə bağlı məsələlərdə məlumatlandırma dəstəyi göstərəcəklər.
Sizi maraqlandıran məsələlərlə bağlı Sizə xidmət göstərən satış üzrə mütəxəssis vasitəsilə və ya saytdakı formanı doldurmaqla texnoloqlarımıza müraciət edə bilərsiniz.