Polimer ticarəti

Şirkətimiz 10 ildən çoxdur ki, polimer xammalının aşağıdakı əmtəə qrupları üzrə öz ticarət fəaliyyətini səmərəli şəkildə həyata keçirib və keçirməkdə də davam edir:

- polietilen;

- polipropilen;

- polistirol;

- ABS plastik;

- polikarbonat;

- polietilentereftalat (PETF);

- polivinilxlorid (PVX);

- sintetik kauçuklar;

- karbon qara.

Biz, uzunmüddətli strateji müqavilələrdən tutmuş tərəfdaşların taktiki məsələlərinin həllində effektiv qarşılıqlı fəaliyyətə qədər tədarükçülərimiz və alıcılarımızla müxtəlif tərəfdaşlıq münasibətləri qurmağa çalışırıq.

Ticarət fəaliyyətinin həyata keçirilməsində şirkətimiz ticarətin təşkilinin aşağıdakı üsullarından istifadə edir:

- polimer xammalının iri partiyalarla alınması ki, bu da istehsalçı zavodlara satış xərclərini azaltmağa, eləcə də avadanlıqların yenidən sazlanması zamanı boşdayanma müddətini və bununla bağlı xərcləri azaltmağa imkan yaradır;

- xammal ehtiyatlarının lazımi səviyyəsini qoruyub saxlayan regional anbar mərkəzləri şəbəkəsinin istifadə edilməsi ki, bu da alıcılara rəqabətqabiliyyətli qiymət və malların ən qısa müddət ərzində çatdırılmasını təklif etməyə imkan yaradır;

- malların avtomobil, dəmir yolu və dəniz nəqliyyatı ilə çatdırılması;

- sığorta ehtiyatlarının birbaşa olaraq sifarişçilərin anbarlarında yaradılması. Bu sxemdən istifadə edərkən biz, xammalın alıcılarda saxlanmasını texnoloji istehlak normalarına uyğun olaraq təşkil edir və onları istehlakçı sifariş etdikdə istehsalata ötürürük. Sifarişçi xammalın dəyərini istehsalatda istehlak etdikcə ödəyir. Bu sxem istehlakçıların xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və onların effektivliyini artırmağa imkan yaradır;

- alıcılar üçün hissə-hissə ödəniş imkanının təmin edilməsi.