Logistika

Polimer xammalının yüksək keyfiyyətlə saxlanması və onun istehlakçılara sürətli çatdırılmasının təmin edilməsi şirkətimizin fəaliyyətinin əsas prioritetlərindən biridir.

Öz nəqliyyatımızın, Rusiyanın iri nəqliyyat daşıyıcıları ilə tərəfdaşlıq münasibətlərimizin mövcudluğu, beynəlxalq yük daşımaları üçün lisenziyaya malik olmağımız bizə sifarişçilərimiz üçün ən yaxşı xidməti təmin etməyə imkan yaradır.

Bizim logistika modelimiz aşağıdakı prinsiplərə əsaslanır:

- biz xammalı avtomobil qoşquları, dəmir yolu ilə konteynerlərdə, ixtisaslaşdırılmış polimerdaşıyıcılar, dəniz nəqliyyatı kimi müxtəlif nəqliyyat növləri ilə çatdırırıq;

- bizim logistika komplekslərimiz əhəmiyyətli dərəcədə konkret xammal növü üzrə ixtisaslaşmış, bütün zəruri təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur;

- biz bir neçə növdə xammalı bir partiyada göndərə bilirik;

- biz xammalları sifarişçi ilə razılaşdırılmış müddətlərdə istənilən məsafələrə çatdırırıq;

- biz malı saxlayanın və daşıyıcının məsuliyyətinin sığortası polislərini təqdim edirik.