İnjinirinq

Şirkətin strukturunda texnoloji bölmənin olması bizə malların bilavasitə satışı ilə yanaşı sifarişçilərimizə mühəndislik dəstəyini də göstərməyə imkan yaradır.

İxtisaslı texnoloqlarımız tərəfdaşlarımıza lazımi xammal markasını seçməkdə kömək edəcək, optimal emal texnologiyasının seçiminə dair tövsiyələr verəcək, yaranmış sualları həm telefon, həm də elektron poçt üzərindən, eləcə də birbaşa olaraq sifarişçinin müəssisəsində cavablayacaqdır.

Şirkət, polimer sənayesində perspektivli ideyaların təhlili, innovasiyaların işlənib hazırlanması və tətbiqi istiqamətində davamlı işlər görməkdədir.

Biz tərəfdaşlarımızın biznesinin səmərəliliyinin artırılması üçün düzgün həlli tapmağa kömək edərik.