Strategiya
Şirkətin strateji inkişafı iki istiqamətdə təmsil olunur: Məhsul strategiyası və Təşkilati inkişaf strategiyası.
Məhsul strategiyası:
- Bazarlar. Şirkətin strateji məqsədləri – ənənəvi bazarlarda ( postsovet məkanı ölkələri) əldə edilmiş fəaliyyət səviyyəsini qoruyub saxlamaqdan, Avropa İttifaqı ölkələrinin bazar payının əhəmiyyətli dərəcədə genişləndirilməsindən, yeni bazarlara (Cənub-Şərqi Asiya, Yaxın və Orta Şərq) daxil olmaqdan ibarətdir.
- Yeni məhsullar. Şirkət yeni bir məhsul xəttinin (kauçuk) inkişaf etdirmək və bazara yeni bir məhsulla çıxmaq vəzifəsini qarşıya qoymaqdadır.
- Şaxələndirilmə. Şirkətin strateji məqsədi – müasir və yüksək inteqrasiyalı Nəqliyyat və anbar logistikası intellektual idarəetmə sisteminin yaradılmasıdır.
- İnjinirinq. Şirkət ölkənin aparıcı elmi-istehsalat strukturları ilə əməkdaşlıq çərçivəsində məqsədi polimer xammalının emalı texnologiyasının optimallaşdırılması, xammal təsnifatçısının yaradılması, analoqların optimal seçimi olan Polimer məhsulların injinirinqi mərkəzini yaratmağa çalışır.
Təşkilati inkişaf strategiyası:
- Təşkilati struktur. Satış həcminin əhəmiyyətli dərəcədə artması, yeni bazarların mənimsənilməsi, biznesin şaxələnməsi ilə əlaqədar olaraq Şirkət, layihə hədəf qrupları, matris təşkilati strukturu və əməkdaşlar üçün həvəsləndirmə mexanizmlərinin daim təkmilləşdirilməsi prinsiplərinə əsaslanan yeni idarəetmə sisteminin yaradılması istiqamətində işlər görür.
- Biznes prosesləri. Şirkət, ISO 9001 və 14001 seriyalı keyfiyyəti idarəetmə sisteminin Beynəlxalq standartlarına uyğun olan sertifikatlaşdırmanı və müvafiq idarəetmə səviyyəsini qoruyub saxlamaq məqsədi ilə daxili və xarici biznes proseslərini işləyib hazırlayaraq onları daim optimallaşdırmaqdadır. İnformasiya texnologiyaları sektoru, müəssisənin ən müasir ERP səviyyəsi avadanlığı və proqram təminatına əsaslanan məlumat sistemini davamlı olaraq təkmilləşdirməkdədir.