Missiya və dəyərlərimiz
“KARTLİ” şirkətinin əsas missiyası – polimer xammalı istehsalçıları və emalçılarının öz istehsal, maddi və maliyyə resurslarından səmərəli şəkildə istifadə etmələri məqsədilə onlara geniş xidmətlər spektri göstərməkdir.
Şirkətin əsas dəyərləri aşağıdakılardır:
- qüsursuz işgüzar nüfuzun qorunması;
- bütün tərəfdaşlarla dürüst, stabil və təhlükəsiz əməkdaşlığın inkişaf etdirilməsi;
- tərəfdaşlarımızın ehtiyaclarının müəyyən edilməsi və bu ehtiyacların qarşılanması üçün bütün lazımi resursların cəlb edilməsi;
- polimer bazarı tendensiyalarının təhlili və proqnozlaşdırılması, eləcə də gələcəkdə tələb oluna biləcək məhsul çeşidlərinin və xidmət spektrinin genişləndirilməsi istiqamətində daimi iş;
- təşkilatın əsas resursu və əsas dəyəri kimi qiymətləndirilən mütəxəssislərin davamlı inkişafı;
- öz gücünə inam, rəqiblərə hörmət, tərəfdaşlar üçün daha yaxşı şərait təmin etmək səyləri;
- biznesinin miqyasından asılı olmayaraq, hər bir tərəfdaşın şirkət üçün əhəmiyyət kəsb etməsi, sifarişçilərimizin fəaliyyətinin səmərəliliyini artırılması istiqamətində səylər.