Tarixçə
Şirkətin yeni tarixçəsi 2010-cu ildən etibarən aparılır. Tərəfdaşlarımız həm iri polimer xammalı istehsalçıları, həm də minlərlə son məhsul istehsalçılarıdır. Qrupun bölmələri İsveçrə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycanda qeydiyyatdan keçmişdir. Postsovet məkanı və Avropa ərazisində şirkətin onlarla anbarı fəaliyyət göstərir.
Şirkətin uğurlarına görə biz strateji tərəfdaşlarımıza hədsiz dərəcədə borcluyuq, buna görə də onlara öz dərin minnətdarlığımızı bildiririk. Biz isə öz növbəmizdə qarşılıqlı faydalı əməkdaşlıq və yeni tərəfdaşlıq istiqamətlərinin inkişafına sadiq qalmağa davam edəcəyik.